Naxçıvanın “Araz” futzal komandası Rumıniya çempionu ilə qarşılaşacaq
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu bu gün qrupda sonuncu oyununu keçirəcək.

Təmsilçimiz Bakı vaxtı ilə saat 20:00-da Rumıniya çempionu “Deva” ilə qarşılaşacaq.

Oyunu Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya) və Şota Kukhilava (Gürcüstan) idarə edəcəklər.

Qeyd edək ki, “Araz” əvvəl keçirdiyi oyunlarda Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2, Malta çempionu “St Andreus”a isə 6:4 hesabı ilə qalib gəlib.

Xəbər 678 dəfə oxundu.