Cüdo üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib
“Sərhədçi” İdman Olimpiya Kompleksində 18 yaşadək cüdoçular arasında Bakı birinciliyində ilk günün qalibləri məlum olub.

Paytaxt birinciliyində 42 klubdan 331 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır.

Yarışda Aydın Rzayev (46kq), Nicat Məmmədli (50 kq), Əli Yusifov (55 kq) və Mətin Rzazadə (60 kq) qızıl medala sahib olublar.

Mükafatçılar BŞGİBİ-nin, Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 718 dəfə oxundu.