Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara dəvət alıblar
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri beynəlxalq oyunlara dəvət alıblar.

Həmyerlilərimizdən İsgəndər Əsgərov kişilər arasında “Challenge Cup” uğrunda yarış çərçivəsində “Dinamo Viktor” (Rusiya) - “VHC Silviesa Vilnus” (Litva) qarşılaşmasında Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək. Oktyabrın 14-də Rusiyada keçiriləcək matçın hakimləri latviyalı İvars Çernavskis və Edmunds Boqdanovs olacaqlar.

Emil və Ernest Ağakişi qardaşları isə oktyabrın 22-də qadın həndbolçular arasında EHF kuboku uğrunda keçiriləcək “C.S.M. Roman” (Rumıniya)-“DKKA Dunaujvaros KA” (Macarıstan) görüşünü idarə edəcəklər. Rumıniyada baş tutacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi yunanıstanlı Stefan Partemian olacaq.

Xəbər 780 dəfə oxundu.