Nazir Azad Rəhimov V Asiya oyunlarının açılış mərasimində iştirak edib
Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində V Asiya oyunlarının açılış mərasimi keçirilib.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Səfəri çərçivəsində Azad Rəhimov bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən, Türkiyənin gənclər və idman naziri, Belarusun idman və turizm naziri, Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclər və idman naziri və bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib.

Xəbər 1640 dəfə oxundu.