Azərbaycanın U-17 millisi Ukrayna yığması ilə qarşılaşacaq
Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Futbolçularımız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

Qarşılaşmanı türkiyəli baş hakim Halil Umut Meler idarə edəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər 553 dəfə oxundu.