“Araz” komandası UEFA kubokunun əsas mərhələsində növbəti qələbəsini qazanıb
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən Naxçıvanın “Araz” komandası Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb.

“Araz”ın heyətində Maykon da Silva 4 dəfə, Karvalho dos Santos və Teles Thaqo isə hərəyə bir dəfə fərqləniblər.

“Araz” ilk oyunda Bosniya və Herseqovinanın “Mostar” komandasını 5:2 hesabı ilə məğlub edib.

Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.

Xəbər 540 dəfə oxundu.