Serbiyada dünya birinciliyində ölkəmizi səkkiz samboçu təmsil edəcək
Oktyabrın 12-də Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi başlayıb.

Yeniyetmə oğlanların yarışında ölkəmizi Vahid Şahverdiyev (56 kq), Yaşar Nəcəfov (60 kq), Abdulla Abdullayev (65 kq), Teymur Allahverdiyev (70 kq) və Vüqar Ağcayev (75 kq) təmsil edəcəklər.

Yeniyetmə qızların yarışında isə millimizin üzvü İrena Xubulova (52 kq) birincilik uğrunda mübarizə aparacaq.

Gənclərin mübarizəsində Sabir Ağayev (48 kq) və Fuad Məmmədov (57 kq) dünya çempionu adı uğrunda yarışacaqlar.

Millimiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.

Turnirə oktyabrın 16-da yekun vurulacaq.

Xəbər 1495 dəfə oxundu.