Kişi voleybolçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib
Kişi voleybolçular arasında 2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Lüksemburqda keçirilən mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

“G” qrupunda yer alan baş məşqçi Fərid Cəlalovun rəhbərlik etdiyi yığmamız Yunanıstan, İsveç və Lüksemburq milliləri ilə qarşılaşacaq.

Qeyd edək ki, 2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələyə 2019-cu ilin yanvarında yekun vurulacaq. Avropa çempionatının final mərhələsi 4 ölkədə - Hollandiya, Belçika, Fransa və Sloveniyada təşkil olunacaq.

Xəbər 627 dəfə oxundu.