Stolüstü tennis üzrə yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilib
Oğuzda Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilib.

Birincilikdə şəhər və rayonlardan 2005-ci il və daha kiçik təvəllüdlü idmançılar komanda yarışlarında mübarizə aparıblar.

Qızların yarışında “Təhsil” (Sumqayıt), Şəki, Qaradağ, “Neftçi”, Qax, oğlanların mübarizəsində isə “Təhsil” (Sumqayıt), Şəki, Qaradağ, Balakən və Gədəbəy komandaları finala vəsiqə qazanıblar.

Zona yarışlarının növbəti mərhələsi oktyabrın 14-17-də Xaçmazda, final oyunları isə Qaxda keçiriləcək.

Xəbər 990 dəfə oxundu.