Əfsanəvi futbolçu Liberiyada prezident seçilib
Əfsanəvi futbolçu Corc Vea ölkəsi Liberiyada prezident seçilib.

Vaxtilə İtaliyanın “Milan” klubunda oynayan 51 yaşlı futbolçu seçkilərdə ən çox səsi qazanan şəxs olub.

Qeyd edək ki, C.Vea 1995-ci ildə FIFA-nın “Qızıl top” mükafatını qazanıb. O, bu mükafata layiq görülən ilk afrikalı futbolçu olub.

Vea 1995-1996-cı və 1997-1998-ci illərdə “Milan” klubu ilə İtaliya çempionluğunu yaşayıb.

Xəbər 543 dəfə oxundu.