Azərbaycan basketbolçusu Ukrayna çempionatında uğurlu oyunu ilə yadda qalıb
Basketbol üzrə Azərbaycan milli komandasının üzvü Amil Həmzəyev çıxış etdiyi Ukraynanın Yüksək Liqasında inamlı oyunu ilə seçilib.

Millimizin üzvünün formasını geydiyi “Kremen” klubu rəqib meydanında "Çerkaski Mavpi-2" komandası ilə iki qarşılaşma keçirib. “Kremen” komandası görüşlərin hər ikisində qalib gəlib - 80:54, 87:63.

Amil Həmzəyev ikinci oyunda 27 xal, 8 ribaundluq nəticə ilə oyunun ən yaxşılarından biri olub.

Xəbər 1510 dəfə oxundu.