İdman dırmanması üzrə IV Şəki şəhər açıq birinciliyi keçiriləcək
Noyabrın 4-5-də idman dırmanması üzrə IV Şəki şəhər açıq birinciliyi keçiriləcək. Turnir Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX), Şəki Şəhər Gənclər və İdman İdarəsinin, “Şəki A.M.A” idman klubunun, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı gənclər birliyinin və Şəki Regional Debat Mərkəzinin dəstəyi ilə təşkil olunacaq.

FAIREX-dən bildiriblər ki, yarışda 10 yaşdan yuxarı oğlanlar və qızlar iştirak edə bilərlər.

Turnirin keçirilməsində məqsəd idmanın bu növünün kütləviliyinin artırılması, potensialı olan yeniyetmə və gənclərin üzə çıxarılmasıdır. Yarışda dərəcə qazanan idmançılar əsasında Şəki şəhərini ölkə səviyyəli turnirlərdə təmsil edəcək komanda formalaşdırılacaq.

Xəbər 503 dəfə oxundu.