Binəqədidə şahmat üzrə rayon birinciliyi keçirilib
6-9 oktyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi Gənclər evi sosial xidmət müəssisəsində “Şahmat, beynin gimnastikasıdır!” devizi altında məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Ümumilikdə 156 nəfər şahmatçının iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə görə birinciyə 276 saylı, ikinciyə 244 saylı, üçüncü yerə 246 saylı məktəb-liseyin komandası layiq görülüb.

Şahmat birinciliyinin bağlanış mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov yarışda iştirak edən bütün məktəbliləri, müəllimləri salamlayaraq, onlara təhsildə və gələcək yarışlarda uğurlar arzulayıb. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında iştirakçılara ətraflı məlumat verən İdarə rəisi yeniyetmə və gənclərin intellektual səviyyəsini yüksəldən oyunların keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda qaliblər İdarə tərəfindən diplom və medallarla təltif ediliblər.

Xəbər 551 dəfə oxundu.