Azərbaycan kuboku: “Mil-Muğan” komandası “Qəbələ”, MOİK isə “İnter”lə qarşılaşacaq | |
Oktyabrın 11-də futbol üzrə Azərbaycan kuboku yarışlarının 1/16 mərhələsinin iki oyunu keçirilib. “Ağsu” klubu doğma meydanda “Mil-Muğan” komandasına minimal hesabla məğlub olub – 0:1. Oyunda yeganə qolu 80-cı dəqiqədə Vasif Mehrəliyev vurub. MOİK-“Turan Tovuz” görüşünün 13-cü dəqiqəsində meydan sahibi komandanın heyətində İsmayıl İbrahimli hesabı açıb. Görüşün 40-cı dəqiqəsində Elnur Səmədov hesab bərabərləşdirib. Qarşılaşmanın 87-ci dəqiqəsində MOİK-in futbolçusu Qərib İbrahimov komandasının ikinci qolunu vurub -2:1. Matç bu hesablada başa çatıb. Beləliklə, səkkizdə bir final mərhələsində “Mil-Muğan” komandası “Qəbələ”, MOİK isə “İnter”lə qarşılaşacaq. Qeyd edək ki, səkkizdəbir finalın görüşləri noyabrın 29-da keçiriləcək. Yarışa mayın 28-da yekun vurulacaq. |
|
Xəbər 541 dəfə oxundu. |
|
|