Ralli üzrə dünya çempionatının 11-ci mərhələsinin qalibi müəyyənləşib
İspaniyada klassik ralli üzrə dünya çempionatının 11-ci mərhələsi keçirilib.

Kataloniya dövrələrində təşkil olunan yarışda əsas mübarizə “Citroen” və “M-Sport” komandalarının nümayəndələri arasında gedib. Birinciliyi britaniyalı pilot Kris Mik bayram edib. Marşrutu 3 saat 1 dəqiqə 21,1 saniyəyə qət edən “Citroen” təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“M-Sport” kollektivindən Sebastyen Ojye (+28 saniyə) və Ott Tyanak (+33 saniyə) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Bu mərhələdən sonra şəxsi hesabda liderlik 198 xalla S.Ojyeyə məxsusdur. O.Tyanak 161 xalla ikinci, “Hyundai Motorsport”un belçikalı üzvü T.Nevil 160 xalla üçüncü yerdədir.

Növbəti mərhələ oktyabrın 26-29-da Böyük Britaniyada keçiriləcək.

Xəbər 603 dəfə oxundu.