Daha bir Azərbaycan voleybolçusu Fransa klubu ilə müqavilə imzalayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Olena Həsənova karyerasını Fransada davam etdirəcək.

Bakının “Telekom” klubunun yetirməsi olan Olena Həsənova Fransanın “Rocheville Le Cannet” komandası ilə birillik müqavilə imzalayıb.

“Telekom”la Azərbaycan çempionu olan və Super Liqanın gümüş medalını qazanan voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Olenadan öncə Anastasiya Qurbanova da Fransa klubuna transfer olunub. O, “Venel”in uğurları üçün çalışacaq.

Xəbər 555 dəfə oxundu.