Futbol üzrə Panama yığması tarixində ilk dəfə dünya çempionatında mübarizə aparacaq
Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasının dünya çempionatı üçün seçmə mərhələsi yekunlaşıb.

Turnir cədvəlində üçüncü olan Panama millisi dünya çempionatına vəsiqə qazanıb. Panama yığması tarixində ilk dəfə mundialda mübarizə aparacaq.

Dördüncü olan Honduras millisi isə pley-off mərhələsində Avstraliya ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir cədvəlində ilk iki pillədə qərarlaşan Meksika və Kosta-Rika yığmaları daha əvvəldən dünya çempionatına vəsiqəni təmin ediblər.

Xəbər 578 dəfə oxundu.