İsmayıllıda yeniyetmə cüdoçuların region birinciliyinə yekun vurulub
İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində ismayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında birinci yeri tutublar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar.

Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.

Xəbər 587 dəfə oxundu.