Qəbələ cüdoçuları regional birinciliyin qalibi olublar | |
İsmayıllıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilib. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak ediblər. 2004-2006-cı il təvəllüdlü oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları birinci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub. |
|
Xəbər 504 dəfə oxundu. |
|
|