“Qızıl top” mükafatına namizəd 30 futbolçunun adı açıqlanıb
“France Football” jurnalı 2017-ci ilin yekunlarına əsasən, “Qızıl top”a 30 namizəd futbolçunun adını açıqlayıb.

Namizədlərin ən çoxu İspaniyanın “Real Madrid” klubundandır.

Mükafata namizəd oyunçuların adları aşağıdakılardır:

Lionel Messi (“Barselona”, Argentina), Neymar (PSJ, Braziliya), Luis Suares (“Barselona”, Uruqvay), Kriştianu Ronaldu (“Real Madrid”, Portuqaliya), Serxio Ramos ("Real Madrid", İspaniya), Marselo (“Real Madrid”, Braziliya), Luka Modriç (“Real Madrid”, Xorvatiya), Kərim Benzema (“Real Madrid”, İspaniya), Paulo Dibala (“Yuventus”, Argentina), Eden Azar (“Çelsi”, Belçika), Leonardo Bonuççi (“Milan”, İtaliya), İsko (“Real Madrid”, İspaniya), Toni Kroos (“Real Madrid”, Almaniya), Kilian Mbappe (PSJ, Fransa), Canluici Buffon (“Yuventus”, İtaliya), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund, Almaniya), Edinson Kavani (PSJ, Fransa), Robert Levandovski (“Bavariya”, Polşa), Mats Hummels (“Bavariya”, Almaniya), Antuan Qrizmann (“Atletiko”, Fransa), Sadio Mane (“Liverpul”, Seneqal), Radamel Falkao (“Monako”, Kolumbiya), Kevin de Breyne (“Mançester Siti”, Belçika), David de Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Ceko (“Roma”, Bosniya və Herseqovina), Yan Oblak (“Atletiko”, Sloveniya), Filippe Koutinyo (“Liverpul”, Braziliya), Dris Martens (“Napoli”, Belçika) və NQolo Kante (“Çelsi”, Fransa).

Qeyd edək ki, 1956-2009-cu illərdə “France Football” jurnalı dünyanın hər yerindən jurnalistlərin səsverməsinin nəticələrinə görə “Qızıl top”u ən yaxşı futbolçuya təqdim edib. 2010-2015-ci illərdə mükafat FIFA ilə birgə təqdim olunub. Lakin keçən ildən etibarən “France Football” jurnalı bu mükafatı tək təqdim etmək hüququnu bərpa edib.

“Qızıl top”un hazırkı sahibi “Real” və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldudur.


Xəbər 557 dəfə oxundu.