Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 7-də və 8-də Masallı Regional Taekvondo Mərkəzində yeniyetmələr və gənclər arasında taekvondo üzrə açıq rayon birinciliyinə start verilib.

Yarışda 300-ə yaxın idmançı 22 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Dörd yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilən yarışda Bakı və Sumqayıt şəhərlərindən, Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Qəbələ, Tovuz və Saatlı rayonlarından olan idmançılar tatami üzərində güclərini sınayırlar.
rayonlardan olan idmançılar da tatami üzərində öz güclərini sınamışlar. Yarışın yekununda birinciyə Masallı, ikinciyə Bakı, üçüncü yerə isə Sumqayıt şəhərinin idmançıları layiq görülüblər.

Sonda açıq rayon birinciliyinin qalibləri medallar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 555 dəfə oxundu.