Azərbaycan atıcısı dünya kuboku yarışlarının finalında mübarizə aparacaq
Oktyabrın 23-də Hindistanda güllə atıcılığı üzrə dünya kuboku yarışlarının final mərhələsi başlayacaq.

Yeni Dehlidə yeddi gün davam edəcək yarışda Azərbaycanda təmsil olunacaq. Ölkəmizin idman şərəfini Ruslan Lunyov qoruyacaq. O, 25 metr məsafədən atəşaçma yarışlarında dəqiqliyini yoxlayacaq.

Final mərhələsinə 45 ölkədən 162 idmançı qatılacaq.

Xəbər 1427 dəfə oxundu.