XI Respublika Oyunlarının ağır atletika yarışları keçirilib
Xaçmaz Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçirilib.

Birincilikdə bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış ediblər.

Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda Sumqayıt, Qazax, Neftçala, Goranboy, Qobustan, Qax, İsmayıllı, Xırdalan, Lənkəran və digər şəhər-rayonları təmsil edən 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyənləşdirilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Birincilikdə 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Fəxri kürsüdə yer alan idmançılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar.

Xəbər 1129 dəfə oxundu.