Həndbol üzrə XXV Azərbaycan çempionatına kişi idmançıların mübarizəsi ilə start verilib
Oktyabrın 7-də həndbol üzrə XXV Azərbaycan çempionatına start verilib.

Çempionatın açılış oyununda “ABU Arena”da kişilərdən ibarət “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Oyun “Məhsul” kollektivinin 29:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonra meydana qadın həndbolçular çıxıblar. “Azəryol” komandası ilə qarşılaşan "Qarabağ" klubu rəqibini minimal hesabla məğlub edib - 25:24.

Daha sonra yubiley çempionatın açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov idmanın bu növü üzrə əldə edilən nailiyyətlərdən danışıb. Vitse-prezident komandaların sayının ötən illərə nisbətən artdığını vurğulayaraq, həndbol həvəskarlarını maraqlı çempionatın gözlədiyini bildirib.

Açılış mərasimindən sonra keçirilən günün sonuncu oyununda isə qadın həndbolçular arasında “Azərsu” və “Nur” kollektivləri mübarizə aparıblar. Gərgin və maraqlı keçən görüşdən “Azərsu” klubu 30:26 hesabı ilə qalib ayrılıb.

Xəbər 671 dəfə oxundu.