Azərbaycan cüdoçuları Daşkənd Qran-prisində daha iki medal qazanıblar
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri yarışı davam edir.

Beynəlxalq turnirin ikinci günündə millimiz aktivinə daha iki medal yazdırıb.

Yarışda ölkəmizi təmsil edən Telman Vəliyev (73 kq) və Fəqan Quluzadə (81 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.

Turnirin ilk günündə Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

Xəbər 709 dəfə oxundu.