Zaqatalada cüdo üzrə Şimal-Qərb regional birinciliyi davam edir | |
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir. Bu dəfə zona yarışı Zaqatalada baş tutub. Şimal-Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevirdən 200-dən çox yeniyetmə cüdoçu mübarizə aparır. Yarışın ilk günündə 2004-2006-cı il təvəllüdlü 100 cüdoçu medallar uğrunda yarışıb. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar, hədiyyələr təqdim olunub. |
|
Xəbər 824 dəfə oxundu. |
|
|