İnyesta “Barselona” ilə karyerasının sonunadək müqavilə imzalayıb
İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçi Andres İnyesta ilə müqavilə bağladığını elan edib.

Müqavilə idmançının karyerasının sonunadək qüvvədə olacaq.

33 yaşlı İnyesta “Barselona”nın tərkibində 2002-ci ilin oktyabrın 22-də debüt edib. İspaniyalı futbolçu həmin vaxtdan bu komandanın heyətində apardığı 639 oyunda 55 qolun müəllifi olub. 1996-cı ilin sentyabrında – 12 yaşında ikən “Barselona” ailəsinə qoşulmuş İnyesta 2015-ci ildən komandanın kapitanıdır.

İnyesta Lionel Messi ilə birlikdə komandanın tərkibində hərəyə 30 titul qazanmaqla “Barselona”nın rekordçularıdır.

Messi də yeni müqavilə imzalamağa hazırlaşır, lakin bu proses hələ ki ləngiyir.

Xəbər 548 dəfə oxundu.