Ölkə çempionatından qitə yarışlarına

Martın 30-dan aprelin 1-dək Şağan olimpiya idman kompleksində muay-tay üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionatda 30 komandadan 300-dək idmançı iştirak edəcək.
Qaliblər 16-22 mart tarixlərində Antalya şəhərində keçiriləcək muay-tay üzrə Avropa çempionatı və kuboku yarışlarında ölkəmizi təmsil edəcəklər. Bu yarışlarda ölkəmiz 12 idmançı ilə təmsil olunacaq.

Xəbər 2603 dəfə oxundu.