“Fənərbağça” Robin van Persi ilə yollarını ayırır
İstanbulun “Fənərbağça” futbol klubu Robin van Persi ilə yollarını ayırmağa hazırdır.

İstanbul klubu 34 yaşlı hollandiyalı oyunçu ilə yollarını ayırdıqdan sonra “Rabotniçki” klubundan yay transfer dövründə heyətinə qatdığı 18 yaşlı makedoniyalı hücumçu Elif Elmazı sifariş edəcək.

Robin van Persi isə bu ilin iyul ayının sonunda Hollandiyanın “Feyenoord” klubu ilə “1+1” sxemi ilə müqavilə bağlamaq barədə razılığa gəlib.

Xəbər 551 dəfə oxundu.