Azərbaycanda taekvandoçu Patimat Abakarova haqqında film çəkilib
Azərbaycanda olimpiya mükafatçısı, taekvando üzrə bürünc medalın sahibi Patimat Abakarova haqqında film çəkilib.

Qısametrajlı filmdə tamaşaçılara idmançı qadının incə, zərif, məlahətli ola bilməsindən söz açılır.

“Qısametrajlı filmdə çəkilməyi mənə “СBС Sport” telekanalı təklif edib. Filmin əvvəlində tamaşaçılar mənim idmançı kimi gündəlik işlərimlə tanış olurlar. Lakin sonrakı kadrlarda tamaşaçı məni təkcə taekvandoçu kimi tanımayacaq. Rejissorlar mənim yaxşı ifa etdiyimdən xəbər tutublar və bunu filmdə sübut etmək lazım gəlib”, - deyə P.Abakarova bildirib.

Oktyabrın 7-də filmin premyerası olacaq.

Xəbər 1004 dəfə oxundu.