İngiltərə millisi Almaniya və Braziliya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək
İngiltərə Futbol Assosiasiyası Almaniya və Braziliya milli komandaları ilə yoldaşlıq oyunu keçirməklə bağlı razılıq əldə edib.

Yoldaşlıq oyunları noyabrın 10-da və 14-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

İngiltərə bu ilin martında Almaniya millisi ilə keçirdiyi yoldaşlıq oyununda məğlub olub - 0:1. Braziliya millisi ilə sonuncu dəfə 2013-cü ildə qarşılaşan ingilislər minimal hesablı qələbə qazanıblar - 2:1.

Braziliya yığması isə noyabrın 10-da Fransanın Lill şəhərində Yaponiya millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.


Xəbər 586 dəfə oxundu.