Azərbaycan hakimi olimpiadaya dəvət aldı
Beynəlxalq Gimnastika Federasiyası azərbaycanlı hakim Rza Əliyevin 2012-ci il London Olimpiadasında idman gimnastika üzrə yarışların idarəsinə cəlb etməyə qərar verib. İdman.com.az saytının məlumatına görə, R.Əliyev 2 dünya və 3 Avropa çempionatında hakimlik təcrübəsinə malikdir. Rza Əliyev Beynəlxalq Gimnastika Federasiyasının olimpiadalar üçün dəvət etiyi ikinci hakimimiz olacaq. Bundan öncə 2008-ci ildə Pekinə ölkəmizi hakim kimi Larisa Sidorova bədii gimnastika yarışlarında təmsil etmişdi.

Xəbər 1428 dəfə oxundu.