Məmmədov Yaşar Əzizağa oğlu
Məmmədov Yaşar Əzizağa oğlu 2 avqust 1935-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetini və Bakı Ali partiya məktəbinin iqtisad fakültəsini bitirib. 1951-ci ildən boksla, 1953-cü ildən qılıncoynatma ilə məşğul olub. 1960-cı ildə Azərbaycanın ilk SSRİ idman ustası olub. 16 dəfə ölkə çempionu, Amerikada Dünya Veteranları oyunlarının bürünc medalçısı olub.
SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisidir, yüksək kateqoriyalı məşqçi, XX əsrin ən yaxşı məşqçisi adına layiq görülüb. Azərbaycanın əməkdar idman xadimidir.
1973-cü ildən 2008-ci ilə qədər 36 il Azərbaycanın baş məşqçisi olub. Onun rəhbərliyi altında 2 olimpiya, 4 dünya, dəfələrlə Avropa və SSRİ çempionları hazırlanıb. 6 Olimpiya oyununun iştirakçısıdır. 18 il Qılıncoynatma Federasiyasının Prezidenti olmuş, hal-hazırda birinci vitse prezidentdir.
Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqı ictimai birliyinin sədridir.
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 5 mart 2008-ci ildən Prezident təqaüdçüsüdür.

Xəbər 3995 dəfə oxundu.