Bu gün “DÇ-2018”in Avropa zonası seçmə mərhələsinin IX turuna start verilir
Oktyabrın 5-də “DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində IV tura start veriləcək.

Turun ilk günündə “C”, “E” və “F” qruplarında qarşılaşmalar keçiriləcək.

“C” qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq. Hazırda milli komandamız 10 xalla qrupda üçüncü, Çexiya yığması isə 9 xalla dördüncüdür. Bu qrupda 24 xalla birinci pillədə olan Almaniya millisi 19 xalla ikinci sırada qərarlaşan Şimali İrlandiyanın qonağı olacaq. San-Marino yığması isə Norveçi qəbul edəcək.

Günün digər oyunları isə aşağıdakılardır:

“E” qrupu

Rumıniya – Qazaxıstan

Ermənistan - Polşa

Monteneqro – Danimarka

“F” qrupu

Malta – Litva

İngiltərə - Sloveniya

Şotlandiya – Slovakiya

Xəbər 586 dəfə oxundu.