Azərbaycanlı üzgüçü Qətərdə dünya kuboku mərhələsinin qalibi olub
Azərbaycan üzgüçüsü Maksim Şemberev Qətərin paytaxtı Dohada keçirilən üzgüçülük üzrə Dünya Kuboku mərhələsinin qalibi olub.

Təmsilçimiz 400 metr məsafəyə kompleks üsulla üzmə yarışında 4.06,72 dəqiqəlik nəticə göstərərək finişə birinci çatıb.

Fatimə Əlkərmova isə 800 metrlik məsafəyə sərbəst üsulla üzmə yarışında beşinci olub.

M.Şemberov 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da mübarizə aparacaq.

Xəbər 1889 dəfə oxundu.