Rusiyada gənc cüdoçular arasında beynəlxalq turnir keçiriləcək
Oktyabrın 7-8-də Rusiyanın Tümen şəhərində 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycan, Belarus, Avstriya, Rusiya, İran, Qazaxıstan, Monqolustan, Slovakiya, Tacikistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, Yaponiya və digər ölkələrdən 500-dən çox idmançı iştirak edəcək.

Turnir öz vəzifələrini yerinə yetirərkən vəfat edən daxili işlər orqanlarının xüsusi bölmələrinin əməkdaşlarının xatirəsinə həsr olunacaq.

Yarışın qalibləri diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin sonunda - oktyabrın 9-11-də idmançılar üçün beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.

Xəbər 1149 dəfə oxundu.