Mingəçevirin “Nur” həndbol komandası Danimarkanın “Viborq” klubu ilə qarşılaşacaq
Oktyabrın 14-də Mingəçevirin qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışda ikinci oyununu keçirəcək.

Ölkə çempionu Danimarkanın “Viborq” komandası ilə üz-üzə gələcək.

Görüşü latviyalı hakimlər briqadası – Vadims Caskins və Edvards Zabko idarə edəcək. EHF nümayəndəsi isə rusiyalı Lüdmila Bodniyeva olacaq.

Komandalar arasında cavab oyunu oktyabrın 15-də keçiriləcək. Hər iki matç Danimarkanın Viborq şəhərində baş tutacaq.

Xəbər 866 dəfə oxundu.