Azərbaycanın U-19 millisi İrlandiya yığması ilə heç-heçə edib | |
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. İrlandiya komandası ilə görüş heç-heçə yekunlaşıb – 0:0. Futbolçularımız növbəti oyununu oktyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da Serbiya yığmasına qarşı keçirəcək. Yığmamızın yer aldığı yeddinci qrupun oyunları İrlandiyada keçirilir. |
|
Xəbər 1156 dəfə oxundu. |
|
|