Qabriel Barboza “Benfika” ilə yollarını ayırır
“Benfika”nın hücumçusu Qabriel Barboza komandanı tərk edəcək.

Portuqaliya təmsilçisi 21 yaşlı braziliyalı futbolçunu İtaliyanın “İnter” komandasından icarəyə götürüb. Ancaq futbolçu cari mövsümdə yeni komandasının heyətində 3 oyunda meydana çıxıb.

Yaxın günlərdə Barbozanın “Benfika” ilə yollarını ayıracağı və karyerasını Braziliyanın “Santos” klubunda davam etdirəcəyi gözlənilir.

Xəbər 1401 dəfə oxundu.