Quzanlıda cüdo bayramı
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir.

Bu dəfə zona yarışı Ağdamın Quzanlı qəsəbəsində keçirilir.

Aran Qarabağ bölgə çempionatında Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Göyçay, Goranboy, Zərdab, Ucar, Xocalı, Naftalan, Beyləqan, Laçın rayonundan 200-dən çox yeniyetmə cüdoçu mübarizə aparır.

İlk gün 2004-2006-cı il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Xəbər 547 dəfə oxundu.