Azərbaycanın U-19 millisi İrlandiya yığması ilə qarşılaşacaq
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

İrlandiya yığması ilə qarşılaşacaq millimizin oyununu Lüksemburqdan olan baş hakim Alain Durieux idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da Uoterforddakı Regional İdman Mərkəzinin stadionunda keçiriləcək.

Xəbər 1255 dəfə oxundu.