Qdanskdan medal yağışı
Polşanın Qdansk şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. İdman.com.az saytının məlumatına görə, 14-yaşlılar arasında çoxnövçülükdə qızıl medalı Azərbaycan təmsilçisi Gülsüm Şəfizadə qazanıb. Gümüş mükafat da Bakı idmançısına çatıb. İkinci yeri Nilufər Niftəliyeva tutub. Gülsüm Şəfizadə həmçinin top və gürzlərlə iki qızıl, lentlə gümüş, halqa ilə bürünc medal qazanıb. Nilufər halqa ilə ikinci, gürzlər və lentlə üçüncü olub.
2000-ci il təvəllüdlü gimnastların yarışında isə Züleyxa İsmayılova halqa və topla, eləcə də çoxnövçülükdə gümüş medallar qazanıb.

Xəbər 1143 dəfə oxundu.