“Real” klubu qadınlardan ibarət futbol komandası yaradacaq
“Real”ın prezidenti Florentino Peres bildirib ki, klub qadınlardan ibarət futbol komandası yaratmağı planlaşdırır.

F.Peresin sözlərinə görə, klub qadınların məşq edə bilmələri üçün əvvəlcə qadın futbol bölməsini yaratmaq istəyir.

“Biz əcnəbi futbolçulardan ibarət komanda yaratmağa hazırlaşmırıq. Lakin həvəskarlardan ibarət olsa belə, komanda yaradılmalıdır”, -deyə F.Peres bildirib.

Xəbər 595 dəfə oxundu.