Millimizin kapitanı Rəşad Sadıqov karyerasını başa vurur
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–Çexiya qarşılaşması milli komandamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Xəbər 543 dəfə oxundu.