Futbol üzrə Azərbaycan Premyer Liqasında Ağdamın
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turunun son oyununda Ağdamın "Qarabağ" komandası paytaxtın "Zirə" klubunu qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Rauf Cabbarov idarə edir.

Hazırda Ağdam təmsilçisi 15 xalla Premyer Liqanın lideridir. İkinci sırada olan və rəqibindən bir oyun çox keçirən paytaxt komandasının aktivində 14 xal var.

Qeyd edək ki, bu komandalar əvvəllər səkkiz dəfə qarşılaşıblar.

Bunlardan altısı "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. İki oyunda heç-heçə qeydə alınıb.

Xəbər 558 dəfə oxundu.