Baş məşqçi razı qalıb
Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alessio da Silva dünya çempionatının pley-off mərhələsinin Rusiya ilə oyunu barədə fikirlərini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, braziliyalı çalışdırıcıməğlubiyyətə baxmayaraq (2:3), komandamızın yaxşı oynadığını bildirib:

“Biz yaxşı oynadıq. Uşaqlar qələbə qazanmaq arzusunda idilər. Gəlin unutmayaq ki, Avropa çempionatının gümüş medalçısına qarşı oynadıq. Təəssüf ki, 3 qol buraxdıq. Cavab oyununda əsas qapıçımız Andrey Tveryankin də bizimlə olacaq və orda qələbə üçün oynayacağıq”.

Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları arasında cavab oyunu aprelin 9-da Tümendə keçiriləcək.

Xəbər 1082 dəfə oxundu.