Xaçmazda XI Respublika Oyunlarının ağır atletika yarışları keçiriləcək
Oktyabrın 2-6-da Xaçmaz Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçiriləcək.

Birincilikdə tabeçiliyindən asılı olmayaraq bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edə biləcəklər.

Oyunlarda 200-dən çox yeniyetmə ağır atletin körpücük üzərinə çıxaraq medal mübarizəsinə qoşulacağı gözlənilir.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 1295 dəfə oxundu.