Futzalçılarımız məğlub oldular
Bu gün futzal üzrə Azərbaycan yığması dünya çempionatının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, komandamız “Sərhədçi” Olimpiya Mərkəzində sonuncu Avropa çempionatının gümüş medalçısı Rusiya yığması ilə qarşılaşıb. Matça ciddi itkilərlə çıxan millimiz meydanı məğlub tərk edib. Fasiləyə 0:1 hesablı məğlubiyyətlə yollanan komandamız fasilədən sonra daha iki dəfə cəzalandırılıb. Buna baxmayaraq, son dəqiqələrdə toparlanan yığmamız hesab arasındakı fərqi azalda bilib. Əvvəlcə Kaka, ardınca isə Hacıyev fərqlənib – 2:3 Beləliklə, aprelin 9-da Tümendə baş tutacaq cavab oyununa komandamız məğlub hesabla yollanacaq.

Azərbaycan – Rusiya - 2:3
Qol: Kaka, 37; İlkin Hacıyev, 39 - İvan Milovanov, 13; Sergey Serqeyev,24; 30
Hakimlər: Borut Şiviç və Dejan Nikoliç (hər ikisi Sloveniya)
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi

Xəbər 1148 dəfə oxundu.