Niderland yığmasının voleybolçusu: Biz Azərbaycan-Almaniya matçını izləyəcəyik
Oyunumuz əla keçdi, heç bir səhvə yol verilmədi. Öz komandamla fəxr edirəm. Avropa çempionatının yarımfinal mərhələsində rəqibimiz Azərbaycan ilə Almaniya yığmaları arasında növbəti matçda müəyyən olunacaq. Mən hər iki komandaya müvəffəqiyyət arzu edirəm. Biz bu maraqlı mübarizəyə salonda tamaşa edəcəyik.

Bu sözləri voleybol üzrə Niderland yığmasının üzvü Anna Böys komandasının Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda İtaliya yığması üzərində 3:0 hesabı ilə qələbəsindən sonra müsahibəsində söyləyib.

Çempionatın ən məhsuldar voleybolçulardan biri Anna Böys təəssüratlarını bölüşərək deyib ki, Bakıda yarışların təşkilatçılıq səviyyəsi həmişəki kimi ən yüksək səviyyədədir. “Burada hər şey rahatdır. Bakı çox gözəl şəhərdir. Şadam ki, hazırda buradayam. Azərbaycanlılar çox mehriban və qonaqpərvər insanlardır”, - voleybolçu vurğulayıb.

AZƏRTAC

Xəbər 805 dəfə oxundu.