Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Almaniya ilə oyun üçün heyəti müəyyənləşib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının heyəti müəyyənləşib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək futbolçular məlum olub.

Oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq oyun üçün yığmaya 22 oyunçu dəvət olunub.

Heyətdə Fəhmin Muradbəyli, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Alen Askerov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Pərviz Qaraxanov (“Səbail”), Aydın Bayramov (MOİK), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloglu (“Eyupspor”, Türkiyə), Mustafa Ozhitay (“SSV Ulm 1846”, Almaniya) yer alıblar.

Qeyd edək ki, üç futbolçu - Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaq.

Xəbər 587 dəfə oxundu.